Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BVF rəhbəri: Mərkəzi bankların müstəqilliyi iqtisadiyyat üçün həlledicidir, Pauellə dəstək ifadə olundu - BBN

BVF rəhbəri: Mərkəzi bankların müstəqilliyi iqtisadiyyat üçün həlledicidir, Pauellə dəstək ifadə olundu

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri “Beynəlxalq Valyuta Fondu”nun icraçı direktoru Kristalina Georgiyeva mərkəzi bankların müstəqilliyinin qorunmasının vacibliyini vurğulayıb və hazırda təzyiqlərlə üzləşən ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell-ə dəstək ifadə edib.

Reuters-ə müsahibəsində Georgiyeva bildirib ki, mərkəzi bankların müstəqilliyinin biznes və ev təsərrüfatlarının maraqlarına xidmət etdiyini göstərən kifayət qədər sübutlar mövcuddur. Onun sözlərinə görə, faktlara və statistik məlumatlara əsaslanan qərarların qəbulu iqtisadiyyat üçün müsbət nəticələr verir.

Qeyd edək ki, FED sədri Cerom Pauell Tramp administrasiyası dövründə mərkəzi bank binasında aparılan yenidənqurma işləri ilə bağlı xərclərin artması səbəbindən araşdırma ilə üzləşib. Georgiyeva isə belə hallarda siyasi təsirlərdən kənar, müstəqil və peşəkar qərarvermə mexanizmlərinin qorunmasının vacibliyini önə çəkib.

Related posts

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

ABŞ-da emal olunmuş qida tərkiblərinin təhlükəsizlik statusu yenidən nəzərdən keçirilə bilər

Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı