BVF və ABA nümayəndələri arasında görüş keçirilmişdir

4 fevral 2025-ci il tarixində Beynəlxalq Valyuta Fondu (IMF) və  ABA -ya üzv bankların rəhbər nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşün keçirilməsində əsas məqsəd Beynəlxalq Valyuta Fondu heyətinin Azərbaycan bank sektorunun son inkişafları, perspektivləri və çağırışları barədə sektorun nümayəndələri ilə müzakirələrin aparılması olmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

 

Related posts

İpoteka və Kredit Zəmanət Fondunda ekspertlərlə görüş keçirilib

Unibankdan 1 aprel aksiyası: Komissiyasız kredit!

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib