Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Cənubi Koreya süni intellekt və çip sənayesinə 576 milyard dollarlıq investisiya yatıracaq - BBN

Cənubi Koreya süni intellekt və çip sənayesinə 576 milyard dollarlıq investisiya yatıracaq

Cənubi Koreya yarımkeçiricilər və süni intellekt (Sİ) infrastrukturu sahəsində ümumi dəyəri 576 milyard ABŞ dollarından çox olan genişmiqyaslı investisiya proqramına start verir.

Ölkə prezidenti Li Çje Men bildirib ki, Cənubi Koreya yaddaş çipləri, data mərkəzləri və “fiziki süni intellekt” də daxil olmaqla, Sİ-nin əsas texnologiyalarının inkişafını sürətləndirməlidir.

Proqram çərçivəsində əsas investisiyalar “Samsung Electronics”, “SK Hynix” və onların təchizatçıları tərəfindən həyata keçiriləcək. Şirkətlər yeni istehsal ekosisteminin formalaşdırılması üçün təxminən 800 trilyon von (518 milyard ABŞ dolları) sərmayə yatıracaq. Bununla yanaşı, “Samsung” və “SK Hynix” ölkənin cənub-qərbində hər biri iki iri çip istehsalı zavodu inşa edəcək.

Hökumət həmçinin Seul yaxınlığında yarımkeçiricilərin qablaşdırılması üzrə yeni sənaye klasterinin yaradılması üçün əlavə olaraq 81 trilyon vona qədər vəsait ayırmağı planlaşdırır.

Rəsmi Seul hesab edir ki, layihələr ölkənin süni intellekt sistemləri üçün yaddaş çiplərinin istehsalında qlobal lider mövqeyini qorumasına, eyni zamanda sənaye fəaliyyətinin paytaxt ətrafındakı artıq yüklənmiş bölgələrdən daha balanslı şəkildə bölgələrə yayılmasına şərait yaradacaq.

“Reuters”in məlumatına görə, proqram çərçivəsində DRAM yaddaş çiplərinin istehsal gücünün artırılması, həmçinin süni intellekt sürətləndiricilərində istifadə olunan yüksək ötürmə qabiliyyətli HBM yaddaş texnologiyalarının inkişafı da nəzərdə tutulur.

Related posts

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

“InvestAZ”: Geosiyasi risklər nefti bahalaşdırdı, FED gözləntiləri qızıla təzyiq göstərdi

“BQ” ASC-nin xalis mənfəəti ötən il 52 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı