Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Cari ildə dövlət sosial yardımlarının həcmi 21% artıb - BBN

Cari ildə dövlət sosial yardımlarının həcmi 21% artıb

Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 926 mln. manat və ya 21,2  faiz çox olmaqla 5 mlrd. 288 mln. manat ödənilib.

Reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.

2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib. Bu artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılıb.

Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib.

Related posts

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

Yanvar-aprel aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 108,1 milyon manat vəsait ödənilib

Sahibkarlar “Worldfood Moscow 2026” sərgisinə dəvət olunurlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı