Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Cari ilin 6 ayında Energetika Nazirliyi tərəfindən 117 icazə verilib - BBN

Cari ilin 6 ayında Energetika Nazirliyi tərəfindən 117 icazə verilib

2023-ci ilin birinci yarımili ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 117 icazə verilib. Bunlardan 73-ü ixrac nəzarətinə düşən malların idxalı, 4-ü ixracı, 40-ı isə tranziti ilə bağlı olub.

Cari ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 63 icazə verilib ki, bunlardan 37-si ixrac nəzarətinə düşən malların idxalı, 3-ü ixracı, 23-ü isə tranziti ilə bağlı icazələr təşkil edib.

Bu dövrdə bütün icazələrin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Related posts

Transatlantik faiz uyğunluğu: Reallıq, yoxsa “ilğım”?

Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqladı: Gözlər Pauellin bəyanatlarına fokuslanıb

İngiltərə Bankının faiz qərarı gözləntisi: Yaxın Şərq gərginliyi proqnozları çətinləşdirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı