22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Caspian Equipment Company” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 22 oktyabr tarixindən başlayaraq 3 iş günü ərzində davam edərək 24 oktyabr tarixində yekunlaşacaq və yerləşdirmə 25 oktyabr tarixində baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“Caspian Equipment Company” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001021455 |
|
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
|
Səhmlərin sayı |
100 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1,000 manat |
|
Buraxılış həcmi |
100,000 manat |
|
Ticarətə buraxılma tarixi |
25.10.2024 |
|
Anderrayter |
“CPM-İnvest İ.Ş” ASC |