Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bitcoin-in yüksəlişi kripto səhmlərini canlandırdı: MicroStrategy və Robinhood dəyər qazandı - BBN

Bitcoin-in yüksəlişi kripto səhmlərini canlandırdı: MicroStrategy və Robinhood dəyər qazandı

Kriptovalyuta bazarındakı artım sektor səhmlərinə müsbət təsir göstərərək bu ay yaşanan bazar dalğalanmasının müvəqqəti ola biləcəyi ilə bağlı ümidləri artırıb.

BBN.az xəbər verir ki, Bitcoin-in bahalaşması fonunda MicroStrategy səhmləri 2 faizdən çox yüksəlib. Şirkət 13–19 oktyabr tarixləri arasında orta hesabla 112 051 dollar qiymətinə 168 bitkoin aldığını açıqlayıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən hesabatda MicroStrategy ümumi alış dəyəri 47,4 milyard dollar olan 640,418 bitkoinə sahib olduğunu bildirib.

Kripto ticarət platformalarından Robinhood və Coinbase-in səhmləri də müvafiq olaraq təxminən 4,5% və 2,5% artıb.

Bununla yanaşı, bitkoin mədənçisi MARA Holdings, HPC məlumat mərkəzləri və süni intellekt sahəsinə genişlənməsinin ardından 6 faiz bahalaşıb. Sektorun digər iştirakçılarından Bit Digital (BTBT) 15 faiz, Cipher Mining (CIFR) isə 6 faiz dəyər qazanıb.

Related posts

“X” müharibə səbəbindən yeni qaydalar tətbiq etdi

Böyük Britaniyaya viza almaq daha asan olacaq

Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı