Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb - BBN

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb

COP29 çərçivəsində Çin şirkətləri ilə “yaşıl enerji” sahəsində bir neçə sənəd imzalanıb. Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi imzalanıb.

Həmçinin Energetika Nazirliyi “China Energy Overseas Investment Co. Ltd” şirkəti ilə Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb. Bundan başqa, Energetika Nazirliyi ilə “China Datang Co. Ltd” arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlə bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.

Related posts

ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirilib

Mərkəzi Bank və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan növbəti 5 ildə IsDB ilə əməkdaşlıqda əsas prioritetləri müəyyənləşdirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı