Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri moldovalı və mərakeşli həmkarları ilə görüşüb - BBN

Energetika naziri moldovalı və mərakeşli həmkarları ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov COP29 tədbiri çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikov ilə görüşüb.

Görüşdə ikitərəfli enerji gündəliyinin aktual məsələlərinə dair müzakirələr aparılıb. Azərbaycanda “yaşıl enerji” keçidi və müxtəlif istiqamətlərdə həyata keçirilən “yaşıl enerji dəhliz”ləri ilə bağlı fikir mübadiləsi edilib. Bərpa olunan enerji, enerji səmərəliliyi və enerji tənzimlənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar dəyərləndirilib. Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində əməkdaşlıq memorandumlarının imzalanması razılaşdırılıb.

Nazir Mərakeşin enerji keçidi və dayanıqlı inkişaf naziri Leila Benali ilə də görüşüb. Görüşdə hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və yaşıl enerji keçidi təcrübəsi bölüşülüb. Bərpa olunan enerji, qaz infrastrukturu və pespektivli layihələr üzrə əməkdaşlıq potensialı nəzərdən keçirilib. COP29-un enerji təşəbbüslərinə dəstək ifadə olunub.

Related posts

Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Sahibkarlar “INNOPROM.Belarus” sərgisinə dəvət olunurlar

İqtisadiyyat Nazirliyində “Limak Group”un fəxri prezidenti ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı