Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
CNN yüzlərlə əməkdaşını ixtisar edəcək - BBN

CNN yüzlərlə əməkdaşını ixtisar edəcək

Amerikanın CNN xəbər kanalı yüzlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır.

BBN.az bu barədə  CNBC-nin verdiyi məlumata istianadən xəbər verir.

CNBC-nin məlumatına görə. Bu addım biznesin qlobal rəqəmsal auditoriyaya yönəldilməsi məqsədilə atılır.

İxtisarlar, CNN-in ənənəvi televiziya proqramlarını yenidən tənzimləməsi və rəqəmsal abunə məhsulları üzərində işləməsi ilə əlaqədardır. CNBC-nin məlumatına görə, bu dəyişikliklər CNN-in istehsal xərclərini azaltmağa və komandaları birləşdirməyə kömək edəcək.

Qeyd edilir ki, CNN-in ən tanınmış simaları işdən çıxarılmayacaq.

Bundan əlavə, bəzi televiziya şoularının çəkilişləri pula qənaət etmək üçün Nyu-York və Vaşinqtondan Atlantaya köçürülə bilər. Burada onların istehsalı daha ucuz başa gələcək.

Qeyd edək ki, hazırda CNN-də 3,5 minə yaxın işçi çalışır.

Related posts

Dolların “Dəmir” Mövqeyi: Yen 160 Səviyyəsini Keçdi, FED və İran Gərginliyi Valyuta Bazarını Silkələyir

Bitkoin 76,000 Dollardan Aşağı Düşdü: İran Gərginliyi və FED-in “Sərt” Ritorikası Kripto Bazarına Təzyiq edir

Qızıl Bazarı Sabitləşir: İkiaylıq İtkidən Sonra İnvestorlar “İran Gərginliyi” və FED-in Qərarını Gözləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı