Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tam təqaüdlü təhsil hüququ qazanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlimlərin 3-cü dalğası üçün seçim prosesi başa çatıb.

Təlimlərə müraciət 25 noyabrdan start götürüb və bu dövr ərzində qeydiyyatdan keçən 1907 namizəddən 227-si seçilərək imtahan mərhələsinə vəsiqə qazanıb. Bu mərhələni uğurla keçərək müsahibəyə cəlb olunan 107 namizəddən ən yüksək göstəricilərə sahib 60 nəfər mərkəzdə tam təqaüdlü təhsil hüququ əldə edib.

Qeyd edək ki, 3-cü təlim dalğası üzrə dərslər 22 yanvar 2024-cü ildən etibarən başlayacaq. Proqrama qəbul olunanlara israilli müəllimlər tərəfindən “Technion”un təlim proqramına əsasən dərslər keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində həftəiçi saat 09:00-dan 18:00-a qədər davam edəcək.

Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) olmaqla 2 qrup üzrə mütəxəssislər hazırlanacaq.  Komandalar tədris müddətində yarışlar (CTF) və hakatonlarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “Technion”un birgə rəsmi sertifikatı təqdim olunacaq.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı