Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Dayanıqlı inkişaf üçün texnologiyalar: 4 SİM texnologiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilib - BBN

“Dayanıqlı inkişaf üçün texnologiyalar: 4 SİM texnologiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilib

Cari ilin 13 mart tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Türkiyənin “Bulutistan” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilib. Tədbirdə kibertəhlükəsizlik məsələləri, müxtəlif sahələrdə bulud texnologiyalarının tətbiqi, Azərbaycan və Türkiyə arasında bulud texnologiyaları sahəsində təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.

Tədbir çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov “İnformasiya Təhlükəsizliyi. Dövlət qurumlarında bulud həlləri” mövzusunda təqdimat ilə çıxış etmiş, bulud həllərinin təhlükəsizliyindən danışmış, dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı statistil göstəricilər barədə ətraflı məlumat vermişdir. O, son zamanlar Azərbaycanda geniş reklam olunan və xarici bulud həlləri üzərində qurulmuş təhlükəsizlik həllərindən də danışaraq, dövlət qurumlarının belə həllərə həssas yanaşması lazım olduğunun vacibliyini qeyd etmiş, xarici bulud həllərindən istifadənin istər yurisdiksiya, istər məlumatların xarici xüsusi xidmət orqanlarına əlçatan olması, istərsə Ukrayna-Rusiya müharibəsində izlənən sanksiyalar nümunəsi baxımından xaricdən asılılıq yaradan risk kimi qiymətləndirmiş, təhlükəsizlikdə asılılığın qəbuledilməz olduğunu vurğulamışdır.

Çıxış zamanı, bütün ölkəni əhatə edərək, 230 “Core” və 1000-dən yuxarı təmas “switch”dən ibarət olan “AzstateNet” şəbəkəsinin işğaldan azad edilmiş ərazilərdə də artıq tam fəaliyyətə başladığı vurğulanmış və sözügədən dövlət şəbəkəsinin təhlükəsizliyi ilə bağlı statislar təqdim edilmişdir.

Related posts

Nvidia Asiyada alıcı siyahısını yarıbayarıya azaldı: Çin təzyiqləri fonunda ciddi addım

TikTok bu ilin birinci rübündə Azərbaycanda 590 mindən çox video silib

“Google Photos” videoların süni intellektlə redaktəsi üçün “Video Remiks” funksiyasını təqdim edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı