Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dekabrın 21-də keçirilən hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib - BBN

Dekabrın 21-də keçirilən hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib. Avtomobillərin əksəriyyəti rəqabətli şəkildə satılıb.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac dekabrın 21-də keçirilib. Hərraca çıxarılan əmlaklara 91 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda “Ford” markalı avtomobilin start qiyməti 15.000 manat olsa da, son təklif 42.000 manata yüksəlib. Start qiyməti 9.000 manat olan “Hyundai H-1” markalı nəqliyyat vasitəsi 14.090 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37DUS8 linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Avstriya ilə ticarət dövriyyəsi artıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı