Dolların ucuzlaşması və FED-in gözləntiləri qızılın qiymətini bahalaşdırıb

Dünya bazarında qızılın qiyməti təxminən 1% artıb. BBN.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,88% və ya 16,4 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 883,6 dollara satılıb.

Gümüşün may fyuçerslərinin qiyməti isə 1,47% artaraq 1 unsiyası 20,808 ABŞ dolları təşkil edib. Dolların ucuzlaşması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı gözləntiləri qızılın qiymətinin artımını dəstəkləyir.

Bu arada ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,69% düşərək 103,85 bənd təşkil edib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı