DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv qəbul olunub

Azərbaycanın sosial sahədə brendi kimi beynəlxalq səviyyədə tanınaraq yüksək qiymətləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi dünyanın 164 ölkəsininin müvafiq qurumlarını özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA) üzv qəbul olunub.

BSTA üzvü olaraq DOST Agentliyi bütün BSTA məhsullarına və xidmətlərinə (konfranslar, vebinarlar, peşəkar standartlar, potensialın gücləndirilməsi üzrə fəaliyyətlər və nəşrlər) birbaşa çıxış əldə edir. Bundan əlavə, üzvlük DOST Agentliyinə BSTA-nın Texniki Komissiyasının və regional strukturlarının fəaliyyətində iştirak imkanı yaradır.

Sosial müdafiə institutları, dövlət təşkilatları və agentlikləri üzrə dünyanın aparıcı təşkilatı olan BSTA hərtərəfli sosial təminatı, bu sahədə innovativ metodları və dəyərləri təbliğ edir. DOST Agentliyi əhaliyə çatdırılan xidmətlərin səviyyəsini və daxili prosedurları inkişaf etdirmək məqsədilə 2021-ci ildə BSTA-nın Tanınma Proqramına qoşulub. 

Qeyd edək ki, Azərbaycanda son illər sosial sahədə aparılan islahatların uğurlu nəticələri BSTA  tərəfindən yüksək qiymətləndirilir. Ötən il DOST Agentliyi və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) digər beynəlxalq mükafatlarla yanaşı, BSTA-nın 4 mükafatı və 3 Mükəmməllik Sertifikatı ilə də təltif olunublar. Bundan əlavə, “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı – 2022” müsabiqəsində üç layihə ilə iştirak edən DOST Agentliyi müsabiqənin qalibi olub.

Həmçinin keçən ilin oktyabr ayında DSMF sədri BSTA-nın Büro üzvü və Komitə sədri seçilib. 

Təşkilat ölkəmizin son illərdə əldə etdiyi uğurlu sosial islahat təcrübəsinin digər ölkələrdə də tətbiqini təşviq edir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı