Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət əmlakının icarəsindən büdcəyə 4,9 milyon manat daxil olub - BBN

Dövlət əmlakının icarəsindən büdcəyə 4,9 milyon manat daxil olub

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,9 milyon manat daxil olub.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, icarə daxilolmaları aylıq proqnozla müqayisədə 4,4 % çox icra edilib.

Xatırladaq ki, 2026-cı il üzrə ƏMDX-nin dövlət əmlakının icarəsindən büdcəyə 40 milyon manat vəsait köçürməsi nəzərdə tutulur. Beləliklə, yanvar ayı ərzində illik proqnozun 12,25 %-i təmin olunub.

Related posts

Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

Yanvarda dövlət büdcəsində 2,7 milyard manatdan çox profisit yaranıb

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı