Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət müəssisələri xalis mənfəətin azı 30 %-ni büdcəyə dividend kimi ödəyəcək - BBN

Dövlət müəssisələri xalis mənfəətin azı 30 %-ni büdcəyə dividend kimi ödəyəcək

Azərbaycanda dövlət müəssisələrinin xalis mənfəətinin azı 30 %-nin dividend qismində dövlət büdcəsinə ödənilməsi cari ildən etibarən proqnozlaşdırılacaq, faktiki tətbiq isə 2027-ci ildən başlayacaq.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, İlham Əliyev ötən il dekabrın 29-da dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydaları təsdiqləyib.

Qaydalar dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi prinsiplərini, dividend siyasətinin ümumi çərçivəsini, o cümlədən dövlət büdcəsinə dividend ödənişlərinə nəzarət mexanizmlərini tənzimləyir.

Sənədə əsasən, səhmləri ölkə hüdudlarından kənarda aparıcı birjaların listinq siyahısında yer alan dövlət müəssisələri bu Qaydalara şamil edilmir.

Related posts

Prezident: “Visa” ilə əməkdaşlıq genişlənəcək

EBRD 2025-ci ildə Azərbaycanda 10 layihəyə 81 milyon avro ayırıb

Azərbaycanda notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı