Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə hesabatlılıq genişlənir - BBN

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə hesabatlılıq genişlənir

Bu ilin ilk yarısında dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın artırılması və rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilib.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı altsistemlərinin tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində tədbirlər görülüb.

Belə ki, RDMİS-in “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində ilin ilk 6 ayında 1 034 müəssisə qeydiyyatdan keçib. Altsistem vasitəsilə 1 315 aylıq və 7 244 rüblük hesabat təqdim olunub.

Həmçinin 466 müəssisə 2026-cı il üçün təsdiqlənmiş büdcə hesabatını, 532 müəssisə 2027-ci il üçün dividend proqnozu hesabatını, 654 müəssisə isə növbəti il üçün büdcə proqnozu hesabatını təqdim edib.

Qeyd edək ki, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində fəaliyyət göstərir.

Altsistem dövlət mülkiyyətində olan, eləcə də səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələri və proqnozlarının monitorinqini həyata keçirir. Eyni zamanda, gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla izlənilməsini, icra göstəricilərinin təhlilini və müəyyən edilmiş büdcə-maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.

Related posts

Azərbaycan daşıyıcıları Çində logistika mərkəzləri yaradıb

Azərbaycanda çevik iş vaxtı rejiminin tətbiqi planlaşdırılır

Azərbaycanda orta aylıq nominal əməkhaqqı 7,3% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı