Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Sosial Müdafiə Fondu Kembric İslam Maliyyə Qurumu tərəfindən Liderlik Mükafatına layiq görülüb - BBN

Dövlət Sosial Müdafiə Fondu Kembric İslam Maliyyə Qurumu tərəfindən Liderlik Mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kembric İslam Maliyyə Qurumunun keçirdiyi beynəlxalq müsabiqədə qalib gəlib.

Müsabiqədə DSMF ilə yanaşı, Almaniya, İspaniya, Kanada, Portuqaliya, Argentina, və s. də daxil olmaqla 50-dən çox ölkənin müvafiq dövlət qurumları iştirak edib.

Fondun müsabiqəyə təqdim etdiyi iş (“Azərbaycanda sosial müavinətlərin təyin edilməsinə müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi”)  yüksək dəyərləndirilib.

Müsabiqədə qalib gələn DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən “Dövlət sektorunda qlobal yaxşı idarəçilik üzrə Liderlik Mükafatı”na layiq görülüb.

Xatırladaq ki, Fond 2024-cü ilin ilk 4 ayı ərzində 14 beynəlxalq mükafatla təltif olunub. Bundan əlavə, Fonda ötən dövr ərzində 5 beynəlxalq ISO sertifikatı da təqdim edilib.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı