Bu ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən vətəndaşlardan daxil olan 229 mindən çox müraciət qeydə alınıb.
BBN.az Fondun məlumatına istinadən xəbər verir ki, yanvar-iyun aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə ümumilikdə 229 425 müraciət daxil olub.
Müraciətlərin 91 034-ü pensiya, 58 147-si müavinət, 9 074-ü Prezident təqaüdü, 37 723-ü ünvanlı dövlət sosial yardımı, 7 965-i fərdi uçot və sosial sığorta, 669-u dövlət icbari şəxsi sığorta, 24 813-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd olunan rəqəmlər hesabat dövründə sosial təminat sahəsində vətəndaşların ən çox pensiya və müavinətlərlə bağlı məsələlər üzrə müraciət etdiyini göstərir.