DSMF beynəlxalq konfransda iştirak edib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Sosial təminat sahəsində informasiya və kommunikasiya texnologiyaları” mövzusunda İndoneziyada keçirilmiş 17-ci beynəlxalq konfransında iştirak edib.
Konfransda ölkəmizdə bərabərlik və ədalətlilik prinsipləri əsasında uğurla icra olunan ünvanlı dövlət sosial yardımı islahatı, süni zəkaya əsaslanan həll yollarından istifadə etməklə həssas qruplara sosial dəstək mexanizmləri barədə məlumat verilib.     Təqdim olunan Azərbaycan təcrübəsi auditoriyanın böyük marağına səbəb olub.
Bununla yanaşı bir sıra ölkələrin sosial təminat qurumlarının nümayəndələri ilə keçirilmiş görüşlərdə sosial təminat sistemlərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi də müzakirə olunub.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı