Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Hacıqabulda ictimai dinləmə keçirilib - BBN

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Hacıqabulda ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə dair növbəti ictimai dinləmə Hacıqabul rayonunda təşkil olunub.

İctimai dinləmədə işaxtaran və işsiz şəxslər, o cümlədən öz biznesini qurmaq istəyən şəxslər iştirak edib. Layihənin hədəf və məqsədləri, gözlənilən faydaları, əhatə dairəsi, onun icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də bu Layihəyə müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumatlar verilib. Onları  maraqlandıran suallar da cavablandırılıb.

“Məşğulluğa Dəstək Layihəsi”nin əsas məqsədi işaxtaran və  işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.

Ümumilikdə layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi nəzərdə tutulub.

Related posts

Mərkəzi Bank və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan növbəti 5 ildə IsDB ilə əməkdaşlıqda əsas prioritetləri müəyyənləşdirib

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı