DSMF-nin xərcləri 16 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7 faiz və ya 284 mln. manat çox olmaqla 4 mlrd. 361 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-avqust aylarında proqnoza nisbətən 9 faiz və ya 283 mln. manat artaraq 3 mlrd. 374 mln. manat olub.

Son 8 ayda DSMF-nin xərcləri 4 mlrd. 29 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 562  mln. manat çoxdur.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı