Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ölkəmizdə dəmir yolu sahəsində yeni layihəyə başlanılıb - BBN

Ölkəmizdə dəmir yolu sahəsində yeni layihəyə başlanılıb

Avropa İnvestisiya Bankının və Avropa İttifaqının Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı Azərbaycanda yeni layihənin icrasına start verib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində dəmir yolu sahəsində Avropa İttifaqının qabaqcıl təcrübəsinin tətbiqi, həmçinin dəmir yolu xətləri və keçidlərinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində əməkdaşlığın qurulması nəzərdə tutulub.

Bundan əlavə, layihənin ölkəmizin tranzit potensialının yüksəldilməsi və Orta Dəhlizin daha geniş istifadəsinin təmin edilməsi istiqamətində töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, dəmir yolu sahəsini əhatə edən bu layihə Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları proqramı çərçivəsində ölkəmizdə icra olunacaq ilk layihədir.

Related posts

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

Britaniya şirkətləri Azərbaycanda data mərkəzləri yaratmaqda maraqlıdır

Azərbaycan 34 hədəf ölkə ilə vizasız rejim tətbiq etməyi planlaşdırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı