Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DSMF sosial şəbəkələr üzərindən 11,8 mindən çox vətəndaş müraciətini cavablandırıb - BBN

DSMF sosial şəbəkələr üzərindən 11,8 mindən çox vətəndaş müraciətini cavablandırıb

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 11 806 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə DSMF məlumat yayıb.

Məlumata əsasən, cavablandırılan müraciətlərdən 4 566-sı ünvanlı dövlət sosial yardımı, 2 313-ü pensiya təyinatı, 2 920-si sosial müavinət və təqaüdlər, 207-si sosial sığorta və fərdi uçot, 1 800-ü isə digər istiqamətlər üzrə olub.

Fonddan bildirilib ki, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Related posts

“Kapital Bank”ın 50 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

SOCAR istiqraz sahiblərinə 19-cu dəfə faiz ödənişi edib

Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı