Avqustun 5-də “Bakı Fond Birjası” (BFB)-də “Kapital Bank” ASC-nin istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Məlumata görə, bankın ümumi həcmi 100 milyon manat olan istiqraz emissiyasının ilk mərhələsində 50 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək.
Yerləşdiriləcək istiqrazların hər birinin nominal dəyəri 100 manat təşkil edir. Ümumilikdə 500 min ədəd istiqraz 12 aylıq tədavül müddəti ilə investorlara təqdim olunacaq. İstiqrazlar üzrə illik gəlirlilik 10 %, faiz ödənişləri isə aylıq nəzərdə tutulub.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir. Bununla yanaşı, qiymətli kağızları əldə etmək istəyən investorlar Bakı Fond Birjasının üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.