Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ECB iyunda faiz artımına gedə bilər: enerji şoku inflyasiyanı sürətləndirir - BBN

ECB iyunda faiz artımına gedə bilər: enerji şoku inflyasiyanı sürətləndirir

 İran ətrafında davam edən münaqişə və enerji qiymətlərindəki artım fonunda Avropa Mərkəzi Bankının (ECB) iyun ayında faiz dərəcələrini artıracağı proqnozlaşdırılır.

“Bloomberg”in 9–15 aprel tarixlərini əhatə edən iqtisadçı sorğusuna əsasən, dörddəbir bəndlik faiz artımı gözlənilir və bu addımın böyük ehtimalla yeganə artım olacağı qeyd olunur.

Sorğunun nəticələrinə görə, inflyasiyanın cari ildə 2,8 faizə yüksələcəyi ehtimal edilir. Bu göstərici əvvəlki 2 faizlik proqnozdan daha yüksəkdir. Eyni zamanda, inflyasiyanın 2026-cı ildə 2,1 faizə, 2027-ci ildə isə ECB-nin hədəfi olan 2 faizlik səviyyəyə enəcəyi gözlənilir.

Məlumata görə, ECB rəsmiləri aprel ayının sonunda keçiriləcək iclasda faiz dərəcələrini sabit saxlamağa daha çox meyllidirlər. Bununla belə, bəzi üzvlər, xüsusilə Bundesbank rəhbəri Yoahim Nagel, bu mərhələdə faiz artımı ehtimalını tam istisna etmir.

İnvestorlar isə daha sərt pul siyasəti gözləntilərini gücləndiriblər və maliyyə bazarlarında il ərzində iki faiz artımının artıq qiymətlərə daxil edildiyi bildirilir.

Mənbə: Banco.az

Related posts

AMB “AtaSığorta”nın lisenziyasını ləğv etdi

AMB, Dünya Bankı və BVF ilə makroiqtisadi çağırışları müzakirə edib

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı