Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” üzrə işçi qrupunun növbəti iclası keçirilib - BBN

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” üzrə işçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

İclasda işçi qrupunun cari il üzrə təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində I yarımillikdə görülmüş işlərə dair hesabatlar dinlənilib. Hesabatlarda büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığı, dövlət tənzimlənməsi yükü, monetar azadlıq, Qlobal İnnovasiyalar İndeksi, eləcə də təbii resursların effektiv idarə olunması kimi məsələlər əhatə olunub.

İşçi qrupun rəhbəri, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq bildirib ki, təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində işlər davam etdirilməlidir. O, həmçinin görülmüş işlər barədə məlumatların daha effektiv kommunikasiyasının təmin olunmasının vacibliyini vurğulayıb və bu barədə iclas iştirakçıları ilə fikir mübadiləsi aparıb.

#MərkəziBank

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı