Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ekspert: Azərbaycan biznesində “Card to card” dövriyyəsi aradan qaldırılır - BBN

Ekspert: Azərbaycan biznesində “Card to card” dövriyyəsi aradan qaldırılır

Son illər Azərbaycan biznesində kommersiya banklarının “Card to card” xidməti hesabına böyük dövriyyə formalaşmışdı, hazırda həmin dövriyyə aradan qaldırılır.

Bunu AZƏRTAC-a açıqlaması zamanı maliyyəçi-ekspert Namiq Hüseynov “Card to card” əməliyyatlarına limit qoyulması ilə bağlı qərarı şərh edərkən bildirib.

“Rəsmi statistika açıqlanmasa da, sirr deyil ki, hər gün ölkədə kartdan-karta pul köçürülməsi ilə bağlı minlərlə əməliyyat aparılır. Bu köçürmələrin heç də hamısı eyni ailənin üzvləri, qohum-əqrəba və yaxud dost-tanış arasında baş tutmur. İnsanlar əksər hallarda aldıqları əmtəələrin, onlara göstərilən xidmətlərin haqqını ödəyirlər. Bu isə biznesdə uçotdankənar dövriyyə formalaşdırır, vergidən yayınmaya şərait yaradır. Eyni zamanda, vətəndaşlar “Card to card” yolu ilə ödəniş etdikdə, həmin ödənişin tərkib hissəsi olan əlavə dəyər vergisinin bir hissəsini sonradan geri ala bilmir, üstəlik, sabah narazı qaldığı mala və xidmətə görə harasa şikayət etmək imkanı da olmur”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, “Card to card” əməliyyatlarına limit qoyulması sadə vətəndaşların gündəlik həyatına ciddi təsir etməyəcək: “Kartdan-karta pul göndərmək üçün gündəlik 5 dəfə, aylıq isə 20 min manat limit müəyyən edilib. Fikrimcə, bu limit orta statistik vətəndaş üçün kifayətdir. Üstəlik, başqasına pul göndərmək üçün alternativ vasitələr, məsələn, ödəniş terminalları mövcuddur. Həmin terminallarla bağlı hər hansı limit yoxdur, sadəcə müəyyən məbləğdən çox göndərişlər üçün cüzi komissiya tutulur. Bu da başadüşüləndir”.

Related posts

Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

“Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı