Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ekspert: Yeni icbari avtomobil sığortası mexanizmi daha ədalətli sistem formalaşdıracaq - BBN

Ekspert: Yeni icbari avtomobil sığortası mexanizmi daha ədalətli sistem formalaşdıracaq

İcbari avtomobil sığortasında tətbiq edilən yeni mexanizm sığorta bazarında risklərin daha dəqiq qiymətləndirilməsinə, ədalətli tarif siyasətinin formalaşmasına və sığorta şirkətlərinin maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edəcək.

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova səsləndirib.

Ekspertin sözlərinə görə, ilk baxışda yeni görünən bu yanaşma dünyanın bir sıra ölkələrində, xüsusilə Türkiyə-də uzun illərdir uğurla tətbiq olunur. Onun əsas məqsədi yalnız sığorta haqlarının hesablanma qaydasını dəyişmək deyil, həm də sektorda mövcud problemlərin aradan qaldırılması, sürücülərin daha məsuliyyətli davranışa təşviq edilməsi və uzunmüddətli iqtisadi sabitliyin dəstəklənməsidir.

Günay Hüseynova qeyd edib ki, indiyədək qəza törədən və qəza tarixçəsi olmayan sürücülərin eyni və ya bir-birinə yaxın məbləğdə sığorta haqqı ödəməsi müəyyən narazılıqlara səbəb olurdu. Yeni sistemdə isə sürücünün yol hərəkətindəki davranışı birbaşa olaraq sığorta haqqının formalaşmasına təsir göstərəcək.

Onun sözlərinə görə, qəza törədən sürücülər növbəti illərdə daha yüksək sığorta haqqı ödəyəcəklər. Əksinə, uzun müddət qəza törətməyən və aşağı riskli sürücülər endirimli tariflərdən yararlana biləcəklər. Bu yanaşma təhlükəsiz sürücülüyü təşviq etməklə yanaşı, qaydalara əməl edən şəxslərin mükafatlandırılmasına imkan yaradacaq.

Ekspert beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, Türkiyədə bəzi sürücülər cüzi maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrində sığorta şirkətlərinə müraciət etmək əvəzinə problemi öz aralarında həll etməyə üstünlük verirlər. Bunun əsas səbəbi hadisənin sığorta tarixçəsinə düşməsi və gələcəkdə sığorta haqqının artması riskidir.

Bununla belə, ekspert qeyd edib ki, belə yanaşmanın həm üstünlükləri, həm də riskləri mövcuddur. Bir tərəfdən, xırda hadisələr üzrə sığorta sisteminə düşən yük azalır və problemlər daha operativ həll olunur. Digər tərəfdən isə bəzi sürücülər daha yüksək sığorta haqqından yayınmaq məqsədilə hadisələri rəsmi qaydada qeydə almamağa çalışa bilərlər. Bu səbəbdən sistemin effektiv tətbiqi üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaşların məlumatlandırılması vacib hesab olunur.

Günay Hüseynovanın fikrincə, qısamüddətli dövrdə dəyişiklik bəzi sürücülər üçün əlavə maliyyə yükü yaratsa da, uzunmüddətli perspektivdə daha ədalətli sığorta sisteminin qurulmasına, yol-nəqliyyat hadisələrinin azalmasına və təhlükəsiz sürücülük mədəniyyətinin inkişafına mühüm töhfə verə bilər. Ekspert vurğulayıb ki, risk yaradan sürücünün daha çox, qaydalara əməl edən sürücünün isə daha az ödəniş etməsi beynəlxalq təcrübədə özünü doğrultmuş modeldir və bu sistemin Azərbaycanda da müsbət nəticələr verəcəyi gözlənilir.

Related posts

“Kapital Bank”ın Müşahidə Şurasında dəyişiklik olub

Bakı Fond Birjası ilə Qarabağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Maliyyə Nazirliyi rəqəmsal audit sisteminin yaradılması üçün müqavilə imzalayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı