Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ələt Azad İqtisadi Zonasının investisiya imkanları Ukrayna nümayəndə heyətinə təqdim edilib - BBN

Ələt Azad İqtisadi Zonasının investisiya imkanları Ukrayna nümayəndə heyətinə təqdim edilib

Ələt Azad İqtisadi Zonasının (AFEZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov və Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba arasında görüş keçirilib.

V.Ələsgərov Ələt AİZ, onun unikal hüquqi bazası, tam inkişaf etmiş daxili və xarici infrastrukturu, mühəndis-kommunal sistemləri ilə təchiz olunan sənaye torpaq sahələri, bir sıra maliyyə və digər güzəştlər, eləcə də nəqliyyat-loqistika infrastrukturu barədə ətraflı məlumat verib.

O.Kuleba təqdimatın Ukrayna nümayəndə heyətində çox müsbət təəssürat yaratdığını qeyd edərək, Ələt AİZ-in eksteritorial statusunun və müstəqilliyinin onun uğurlu inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. O, həmçinin istifadəyə hazır zəruri infrastruktura malik sənaye torpaq sahələrinin mövcudluğunun investorlar üçün xüsusi cəlbediciliyini qeyd edib.
Görüşün sonunda tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı