Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əliyar Məmmədyarov: "Azərbaycanda turizmdən əldə olunan gəlirləri 38 % artıb" - BBN

Əliyar Məmmədyarov: “Azərbaycanda turizmdən əldə olunan gəlirləri 38 % artıb”

Azərbaycanda turizmdən əldə olunan gəlirlər son üç ildə orta hesabla 38 % artıb.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, hava nəqliyyatı əlaqələrinin genişlənməsi, viza prosedurlarının sadələşdirilməsi və turizm istiqamətlərinin məqsədyönlü şəkildə tanıdılması bu artımı dəstəkləyən əsas amillərdən olub.

Ə.Məmmədyarov qeyd edib ki, 2026-cı ilin birinci rübündə turizm xidmətlərinin ixracı qeyri-neft xidmət ixracının 21 %-ni təşkil edib.

O vurğulayıb ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin mədəni irsi, müxtəlif təbii landşaftları və inkişaf edən infrastrukturu ölkəni rəqabətqabiliyyətli və dayanıqlı turizm məkanına çevirmək üçün güclü zəmin yaradır.

Related posts

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!

Bank Respublika sahibkarlığın dəstəklənməsi və yaşıl maliyyələşdirmə məqsədilə Finnfund-dan 15 milyon avro cəlb edib

Xalq Bankın Xankəndi filialı fəaliyyətə başladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı