Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: İlin sonunadək neft gəlirləri əlavə 5,5 milyard dollar artacaq - BBN

AMB: İlin sonunadək neft gəlirləri əlavə 5,5 milyard dollar artacaq

Geosiyasi gərginliklərə baxmayaraq, Azərbaycanın xarici iqtisadi mövqeyi əlverişli olaraq qalır. Bu ilin birinci rübündə cari əməliyyatlar hesabının profisiti 1,7 milyard ABŞ dolları və ya ÜDM-in 9,5%-ni təşkil edib.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ilin sonunadək neft gəlirlərinin əlavə 5,5 milyard ABŞ dolları artacağı gözlənilir.

“Strateji valyuta ehtiyatları 65,8 milyard ABŞ dollarına çatıb. Bu ehtiyatlar xarici şoklara qarşı etibarlı maliyyə buferi rolunu oynayır və pul-kredit sabitliyini dəstəkləyir”, – deyə Ə.Məmmədyarov qeyd edib.

O bildirib ki, may ayında illik inflyasiya 5,6% təşkil edib ki, bu da Mərkəzi Bankın 4% ± 2 faiz bəndi hədəf diapazonuna uyğundur. Onun sözlərinə görə, inflyasiya əsasən xarici təklif amillərinin təsiri ilə formalaşır.

AMB rəsmisi əlavə edib ki, əsas proqnoza görə, 2026-cı ilin sonunda inflyasiya 5,9%, 2027-ci ilin sonunda isə 4,5% səviyyəsində olacaq.

Əliyar Məmmədyarov vurğulayıb ki, maliyyə sektoru sağlam və sabit olaraq qalır. Onun sözlərinə görə, bank sektorunda kapital adekvatlığı əmsalı 17%, likvidliyin örtülməsi əmsalı isə 155% təşkil edir ki, bu da müəyyən edilmiş minimum normadan əhəmiyyətli dərəcədə yüksəkdir.

Bundan əlavə, problemli kreditlərin xüsusi çəkisi 2,9%-ə enib. Kreditlər üzrə dollarlaşma səviyyəsi 40%-ə, rezident əmanətləri üzrə dollarlaşma isə 37%-ə qədər əhəmiyyətli dərəcədə azalıb.

Related posts

Azərbaycanda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 15 % artıb

Dünya Bankı Azərbaycanda turizmin inkişafı üçün yol xəritəsi açıqlayıb

Dünya Bankı: Azərbaycan turizm bazarlarının şaxələndirilməsini sürətləndirməlidir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı