Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elon Musk BBC-yə danışdı: “Twitter-i təhvil almaq prosesi çox çətin oldu, düzgün alıcı tapılarsa, şirkəti sata bilərəm” - BBN

Elon Musk BBC-yə danışdı: “Twitter-i təhvil almaq prosesi çox çətin oldu, düzgün alıcı tapılarsa, şirkəti sata bilərəm”

BBC-nin jurnalistinə müsahibə verən milyarder, iş adamı Elon Musk Twitter-i ələ keçirmə prosesinin “kifayət qədər ağrılı” olduğunu və şirkətin “böyük eniş və çıxışları” olduğunu söyləyib. Mask, həmçinin “düzgün alıcı” tapılacağı təqdirdə sosial media nəhəngini sata biləcəyini açıqlayıb.

Tesla və SpaceX şirkətlərinin də sahibi olan Musk oktyabr ayında Twitter-i 44 milyard dollara satın alıb.

Musk-ın BBC ilə müsahibəsi eyni gündə təsdiqlənib və səs yazısı alınıb. Müsahibəni edən BBC-nin Şimali Amerika üzrə texnologiya müxbiri Ceyms Kleyton (James Clayton) müsahibənin necə baş verdiyini açıqlayaraq, “Bu səhər Elona müsahibə vermək istəyib-istəmədiyini soruşdum və o, bəli cavabını verdi”, – deyib.

Kleytonun müsahibəsi Twitter-in chat kanalında canlı yayımlanıb və 3 milyon insan tərəfindən izlənilib.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

BAKIDA TÜLKÜLƏR NİYƏ ÇOXALIR? – ŞƏHƏR İQTİSADİYYATINA GÖRÜNMƏYƏN SİQNAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı