Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Startup School”da xarici ekspertlərin treninqləri davam edir - BBN

“Startup School”da xarici ekspertlərin treninqləri davam edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School”da xarici ekspertlərin dərsləri davam edir.

İsrailin “Connect” təhsil müəssisəsinin təsisçisi və meneceri, Tech7-də Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Koren Maorinin treninqi “Sahibkarlıq nədir? Sahibkar kimdir? Sahibkarlıq anadangəlmə hədiyyədir, yoxsa onu tərbiyə etmək olar? Startapa necə başlamaq lazımdır?” mövzularında olub. K. Maorin startapların yaradılmasında öncə kreativlik və  problemlərin doğru analizinin əhəmiyyətindən danışıb, onlara çərçivədən kənar düşünməyi məşq etmələri haqqında tövsiyə verib.

Qeyd edək ki, ekspertlərin seçdiyi 33 layihə aprel ayı boyunca “Startup School”da treninqlərə qoşulacaq. Treninqlərin sonunda seçilən 9 layihə (komanda) SABAH.Labın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcək.

www.enterpriseazerbaijan.gov.az portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. Portal Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılıb.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı