Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elon Musk öz rekordunu yenilədi - BBN

Elon Musk öz rekordunu yenilədi

“Space X” və “Tesla” şirkətlərinin sahibi Elon Musk, 347,8 milyard dollara çatan sərvəti ilə öz rekordunu yeniləyərək yenidən dünyanın ən varlı adamları siyahısında birinci olub.

BBN.az  bu barədə “Bloomberg” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, biznesmenin prezidentlik kampaniyası zamanı fəal şəkildə dəstəklədiyi Donald Tramp ABŞ seçkisində qalib gəldikdən sonra Muskın şirkətlərinin səhmləri kəskin bahalaşıb.

Qeyd edək ki, Musk əvvəlki rekordu 2021-ci ilin noyabrında, sərvətinin 340,4 milyard dollar dəyərində qiymətləndirildiyi vaxt müəyyən edib. Son bir ildə bu, təxminən 120 milyard dollar artıb.

Dünyanın ən varlı adamları siyahısında ikinci yeri 219 milyard dollar sərvətlə “Amazon”un qurucusu Ceff Bezos tutur. Üçüncü yerdə isə 206 milyard dollarla “Oracle”ın həmtəsisçisi Larri Ellison qərarlaşıb.

Related posts

Trampın İran ultimatumuna iqtisadi baxış: Neft bazarlarında “sülh” gözləntisi və qlobal təzyiqlər

Sülh Ümidləri Bombalandı: ABŞ-ın İrana Yeni Zərbələri Qızıl və Neft Bazarını Alt-Üst Etdi!

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı