Energetika naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin mart ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, martın 18-də Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları Şirvan şəhərində qəbul edəcək.

Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı: office.shirvan@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı