Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika nazirinin müavini Mərkəzi Asiya ölkələri energetika nazirlərinin növbəti görüşündə iştirak edib - BBN

Energetika nazirinin müavini Mərkəzi Asiya ölkələri energetika nazirlərinin növbəti görüşündə iştirak edib

Özbəkistanın Daşkənd şəhərində keçirilən Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının su və energetika nazirlərinin növbəti görüşündə ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalov təmsil edib.

Tədbirdə çıxış edən nazir müavini Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, dövlət başçılarının siyasi iradələrinin və qarşılıqlı səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açdığını vurğulayıb. Azərbaycanın energetika sahəsində, xüsusilə bərpa olunan enerji sahəsində gördüyü işlər, əldə etdiyi uğurlar, yaşıl enerji dəhlizləri, COP29-un enerji təşəbbüsləri barədə məlumat verilib.

Nazir müavini Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazir müavinləri səviyyəsində keçirilmiş müzakirələrə də qatılıb. Tədbirdə “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. Görüşdə onlayn formatda iştirak edən Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Fuad Mosa Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsinə ölkəsinin marağını bir daha ifadə edib və bu istiqamətdə COP29 çərçivəsində 4 ölkə arasında imzalanmış İcra Proqramından irəli gələn məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev, həmçinin, Çin Xalq Respublikasının “Datang” şirkəti və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Related posts

Azərbaycan növbəti 5 ildə IsDB ilə əməkdaşlıqda əsas prioritetləri müəyyənləşdirib

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Azərbaycan nefti 80 dollara ticarət olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı