Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb - BBN

Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

Energetika Nazirliyi “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, “Gənc Energetiklər” könüllülük proqramının icrasına başlayıb.  

Könüllülük proqramına 18-29 yaşarası, ali təhsil müəssisələrində təhsil alan bakalavrlar və ya magistrlər müraciət edə bilərlər.

Proqram çərçivəsində könüllülər Energetika Nazirliyinin bir sıra şöbələrində 2 aylıq təcrübə qazanmaq imkanı əldə edəcəklər. Proqramın sonunda hər bir könüllüyə nazirliyin sertifikatları təqdim olunacaq.

Könüllü fəaliyyəti ilə bağlı qeydiyyat yanvarın 24-dən fevralın 17-dək davam edəcək.

Könüllülər sırasına qoşulmaq və proqramda iştirak etmək istəyən gənclər Energetika Nazirliyinin minenergy.gov.az rəsmi internet saytından “Könüllü fəaliyyəti” bölməsinə daxil olaraq elektron müraciət edə bilərlər.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı