Energetika nazirliyində AYİB ilə mövcud əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib

Energetika nazirinin müavini Elnur Soltanov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patronun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı nazir müavini AYİB ilə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib. Hazırda davam edən “Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi” layihəsinin yaşıl enerjidən istifadənin genişləndirilməsi kontekstində əhəmiyyəti vurğulanıb. İnteqrasiya ilə əlaqədar aparılan təhlillərdən bəhs edilib və müəyyən konkret layihələrə kredit ayrılması məsələsi müzakirə olunub.

Related posts

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Qubada Türk Dövlətləri Təşkilatının Rəqəmsal Aqro Data Platformasının yaradılması ilə bağlı iclası keçirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı