Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Enterprise Azerbaijan” portalı ilə Türkiyənin investor şirkəti arasında görüş keçirilib - BBN

“Enterprise Azerbaijan” portalı ilə Türkiyənin investor şirkəti arasında görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, layihə meneceri Aydan Hüseynzadə və Türkiyənin “Özbahçeci İnvest Club” şirkətinin baş məsləhətçisi Doğan Tomris arasında görüş keçirilib. Görüş tərəflərin fəaliyyətləri ilə tanışlıq və ümumi əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədi daşıyıb.

Mətanət Musayeva “Enterprise Azerbaijan” portalının “StartUp School” layihəsi barədə məlumat verib,  layihənin Azərbaycan ekosisteminə verdiyi töhfələri vurğulayıb.

“Özbahçeci İnvest Club” şirkətinin baş məsləhətçisi Doğan Tomris şirkətin fəaliyyət istiqamətləri və xidmətləri, digər ölkələrlə əməkdaşlığı haqqında danışıb, əməkdaşlıq üçün bir sıra təkliflər irəli sürüb. Bildirib ki, “Özbahçeci İnvest Club” innovativ ideyaları olan sahibkarları investorlarla bir araya gətirərək layihələrinin reallaşmasına yardım edir.

Görüşdə tərəflər arasında anlaşma memorandumunun imzalanması haqqında razılıq əldə olunub.

Related posts

The International PLUS-Forum Digital Uzbekistan will be held in Tashkent for the sixth time

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı