Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BOKT-lar üçün nizamnamə kapitalı tələbi artırıldı - BBN

BOKT-lar üçün nizamnamə kapitalı tələbi artırıldı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib.

AMB-nin sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Qərara əsasən, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı. Yeni qərarla həmin Qaydalar qüvvədən düşmüş hesab edilir.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Xatırladaq ki, hazırda ölkədə 57 BOKT fəaliyyət göstərməkdədir.

Related posts

Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər

Böyük Britaniyada inflyasiya son 16 ayın minimumuna enib

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı