Expressbank ucqar kəndlərdəki birinci sinifləri sevindirdi

Expressbank Bilik Günü münasibətilə ucqar kəndlərdə 1-ci sinfə başlayan şagirdləri məktəb ləvazimatı və məktəbli forması ilə təmin edib.

Belə ki, bankımız təhsilə dəstək məqsədilə başlatdığı “Aydın sabahlar” layihəsi çərçivəsində Qubanın 8 kəndi – Qonaqkənd, Cimi, Ördüc, Nütəh, Gömürdəhnə, Xaltan, Afurca və Utuqda birincilərə məktəb ləvazimatları və məktəbli forması təqdim edib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olması münasibətilə birincilərə təqdim olunan məktəb ləvazimatları arasında toxumlu qələm də olub. Belə ki, şagirdlər bu qələmləri istifadə etdikdən sonra torpağa basdırmaqla təbiətə öz yaşıl toxunuşlarını edə biləcəklər.

“Expressbank” – İşiniz rahat getsin!

Related posts

Yelo komandası üçün ödənişsiz müayinə və həkim konsultasiyası təşkil edildi

Neftçilərə maaşın 24 mislinədək komissiyasız kredit

Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı