Expressbank Bilik Günü münasibətilə ucqar kəndlərdə 1-ci sinfə başlayan şagirdləri məktəb ləvazimatı və məktəbli forması ilə təmin edib.
Belə ki, bankımız təhsilə dəstək məqsədilə başlatdığı “Aydın sabahlar” layihəsi çərçivəsində Qubanın 8 kəndi – Qonaqkənd, Cimi, Ördüc, Nütəh, Gömürdəhnə, Xaltan, Afurca və Utuqda birincilərə məktəb ləvazimatları və məktəbli forması təqdim edib.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olması münasibətilə birincilərə təqdim olunan məktəb ləvazimatları arasında toxumlu qələm də olub. Belə ki, şagirdlər bu qələmləri istifadə etdikdən sonra torpağa basdırmaqla təbiətə öz yaşıl toxunuşlarını edə biləcəklər.
“Expressbank” – İşiniz rahat getsin!