Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb - BBN

Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb

Expressbank 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələri Bankın həm mənfəətlilik, həm də əməliyyat səmərəliliyi istiqamətində ciddi uğurlar qazandığını təsdiqləyir.

Hesabat dövrünün nəticələrinə əsasən, Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 35%-dən çox artaraq 3 milyon 272 min manat təşkil edib. Bu artım Bankın əməliyyat səmərəliliyinin yüksəlməsi və gəlirlilik göstəricilərinin yaxşılaşması ilə müşayiət olunub.

Bankın əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17%-ə yaxın artım nümayiş etdirərək 6 milyon manata yaxınlaşmışdır. Bu göstərici Bankın fəaliyyət səmərəliliyinin artmasının və daxili resursların effektiv idarə olunmasının bariz nümunəsidir.

Hesabat dövründə Bankın gəlir bazasında da ciddi yüksəliş qeydə alınmışdır. Belə ki, faiz gəlirləri 15%-ə yaxın artaraq 22 milyon 494 min manatı ötmüş, xalis faiz gəlirləri isə təxminən 10% artımla 14 milyon 307 min manat təşkil etmişdir. Qeydə alınan bu müsbət dinamika Bankın əsas fəaliyyət növləri üzrə gəlir imkanlarının dayanıqlı olduğunu və maliyyə bazarındakı mövqeyinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir.

Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 661,973 milyon manat, depozit portfeli 307,871 milyon manat, kredit portfeli isə 546,543 milyon manat təşkil edib. Birinci rübün nəticələri Expressbankın maliyyə intizamını qoruyaraq, həm fərdi, həm də korporativ müştərilərlə əməkdaşlığı dayanıqlı əsaslarla davam etdirdiyini təsdiqləyir.

Həmçinin, qeyd edək ki, Bankın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 43%-dən çox artım göstərərək 749, 21 milyon manata çatıb ki, bu da bankın gəlir mənbələrini effektiv şəkildə şaxələndirdiyini nümayiş etdirir.

Qeyd edək ki, “Fitch”  beynəlxalq reytinq agentliyi 2025-ci ildə  Expressbank ASC-ni qiymətləndirərək Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

 

 

Related posts

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı

Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı