2026-cı ilin yanvarında ABŞ maliyyə və siyasi gündəmi Federal Ehtiyat Sistemi (FED) ətrafında kəskin qarşıdurma ilə yadda qaldı. Dünyanın ən böyük banklarından biri olan JPMorgan Chase-in baş icraçı direktoru Jamie Dimon, ABŞ prezidenti Donald Trump-ın təzyiqləri fonunda FED sədri Jerome Powell-i açıq şəkildə müdafiə edib.
Münaqişənin mahiyyəti
FED-in müstəqilliyi məsələsi qarşıdurmanın mərkəzində dayanır. Jamie Dimon Jerome Powell-ə “böyük hörmət” bəslədiyini bildirib və FED-in müstəqilliyinə hər hansı müdaxiləni “pis ideya” adlandırıb. Onun sözlərinə görə, mərkəzi bankın siyasi təsir altına düşməsi:
inflyasiyanın artmasına,
faiz dərəcələrinin yüksəlməsinə,
maliyyə sabitliyinin pozulmasına səbəb ola bilər.
Gərginliyin səbəbi:
Dimonun bu mövqeyi ABŞ Ədliyyə Nazirliyinin Jerome Powell barəsində başladığı araşdırmadan sonra səsləndirilib. Araşdırmaya səbəb isə FED-in Tramp administrasiyasının tələblərinə baxmayaraq faiz dərəcələrini sürətlə endirməməsi olub.
Tramp açıq şəkildə FED-i iqtisadi artımı boğmaqda ittiham edib və daha aqressiv faiz endirimi tələb edib.
Trampdan cavab gecikmədi
ABŞ prezidenti Jamie Dimon-un açıqlamalarına sərt reaksiya verərək bildirib ki, Dimon yanılır və yüksək faiz dərəcələrinin bankların mənfəətinə xidmət etdiyini düşünür. Trampın fikrincə, böyük banklar yüksək faiz mühitində daha çox qazanır.
Mübahisə məhkəməyə daşındı
Bu qarşıdurma siyasi bəyanatlarla məhdudlaşmayıb. 22 yanvar 2026-cı ildə Donald Tramp JPMorgan Chase-ə qarşı 5 milyard dollarlıq məhkəmə iddiası qaldırıb.
Tramp bankı:
6 yanvar 2021-ci il hadisələrindən sonrs onun və əlaqəli strukturların hesablarını bağlamaqda ittiham edir və bunu “siyasi debankinq” adlandırır.
Bu fonda əsas sual açıq qalır:
mərkəzi banklar siyasi təzyiqlərə nə qədər davam gətirə biləcək?