Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib - BBN

Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

2026-cı ilin mart ayında təhvil veriləcək gümüş fyuçersinin qiyməti Nyu-York “Comex” birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 96 ABŞ dollarını ötüb.

Bunu ticarət məlumatları təsdiq edir.

Bakı vaxtı ilə saat 20:51-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3,73 % artaraq bir troya unsiyası üçün 96,09 ABŞ dollarına çatıb.

Saat 21:00-da gümüşün qiyməti artım tempini zəiflədərək 95,86 ABŞ dollarına (+3,48 %) düşüb.

Qızıl fyuçersi isə “Comex” birjasında 0,88 % artaraq bir troya unsiyası üçün 4 879,9 ABŞ dollarına yüksəlib.

2026-cı ilin yanvar ayının əvvəlindən bəri gümüş fyuçersi 35,5 % bahalaşıb.

Related posts

AMB-nin dövriyyədəki notları 1 milyard manatı ötüb

Azərbaycanda 7 ayda sosial ödənişlərə 6,12 milyard manatdan çox vəsait ödənilib

Dövlət Məşğulluq Agentliyi maliyyə hesabatlarının auditi üçün tender elan edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı