ABŞ Federal Ehtiyat Sistemi (FED) növbəti pul siyasəti iclasında baza faiz dərəcəsini dəyişməyərək 3,5–3,75 faiz diapazonunda saxlayıb.
BBN.az xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı rəsmi bəyanatda məlumat verilib.
Bildirilib ki, qərar Federal Açıq Bazar Komitəsinin (FOMC) doqquz üzvünün lehinə, üç üzvünün isə əleyhinə səs verməsi ilə qəbul olunub.
FED həmçinin növbəti faiz qərarının sentyabrın 15–16-da keçiriləcək Federal Açıq Bazar Komitəsinin iclasından sonra açıqlanacağını qeyd edib.
Analitiklər hesab edirlər ki, tənzimləyicinin faiz dərəcəsini sabit saxlaması inflyasiya və iqtisadi artım göstəricilərinin gələcək dinamikasının qiymətləndirilməsi məqsədi daşıyır.