Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Financial Times”: Azərbaycan Çindən sonra ən böyük qızıl alıcılarından biridir - BBN

“Financial Times”: Azərbaycan Çindən sonra ən böyük qızıl alıcılarından biridir

Böyük Britaniyanın “Financial Times” nəşri ölkənin ixrac statistikası üzrə apardığı araşdırmada Azərbaycanın Çindən sonra ən böyük qızıl alıcılarından biri olduğunu qeyd edib.

BBN.az xəbər verir ki, nəşrin qiymətləndirməsinə əsasən, qlobal “qızıl nəhəngləri”nin qeyri-rəsmi reytinqində ikinci yeri daha az nəzərəçarpan iştirakçı – Azərbaycan tutur.

Məqalədə bildirilir ki, aktivləri təxminən 70 milyard ABŞ dolları həcmində qiymətləndirilən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) son illərdə qızıla investisiyaları əhəmiyyətli dərəcədə artıraraq portfelin geniş diversifikasiyasını həyata keçirir. Bununla yanaşı, fond xaricdə daşınmaz əmlak obyektlərinə – Londonda “78 St James’s Street”, Parisdə “8 Place Vendôme” və Moskvada “Gallery Actor” kimi aktivlərə investisiyalarını davam etdirir.

“Financial Times” xüsusilə ARDNF-nin qızıl strategiyasına diqqət ayırır. Belə ki, fondun aktiv strukturunda qızılın payı 2024-cü ilin sonundakı 20,6 %-dən 2025-ci ilin sonuna 38,2 %-ə yüksəlib. Bu artım yalnız qlobal bazarlarda qızılın bahalaşması ilə bağlı deyil. Əgər 2024-cü ilin sonunda fondun qızıl ehtiyatı 146,6 ton idisə, 2025-ci ilin sonuna bu göstərici 200 tona çatıb.

Məqalədə qeyd olunur ki, ARDNF uzun illərdir aktivlər və idarəedici şirkətlər barədə məlumatların açıqlanması baxımından dünyanın ən şəffaf suveren fondlarından biri hesab edilir.

Nəşrin yenidən apardığı hesablamalara əsasən, əldə olunan nəticələr hətta Norveç Pensiya Fondu və Yeni Zelandiya Suveren Rifah Fondunun göstəricilərini belə üstələyə bilər.

“Financial Times”ın qiymətləndirməsinə görə, qızıl nəzərə alınmaqla ARDNF-nin investisiya portfelinin ümumi gəlirliliyi 2020-ci ildə 5,3 % təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 20 %-i ötüb.

Beləliklə, nəşrin qənaətinə görə, Azərbaycanın qızıl ehtiyatlarını aktiv şəkildə artırmaq strategiyası rəsmi hesabatlarda tam əks olunmasa da, son illərdə suveren investorlar arasında ən effektiv yanaşmalardan biri hesab oluna bilər.

ARDNF-nin məlumatına əsasən isə qızıl nəzərə alınmadan investisiya portfelinin gəlirliliyi 2020-ci ildə 2,82 %, 2025-ci ildə isə 6,2 % təşkil edib.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı