Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Fitch" Azərbaycanın bank sektoru üzrə proqnozunu "neytral" qiymətləndirib - BBN

“Fitch” Azərbaycanın bank sektoru üzrə proqnozunu “neytral” qiymətləndirib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə 2026-cı il proqnozunu neytral qiymətləndirib.

BBN.az bu barədə reytinq agentliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadi artımın bir qədər zəifləməsi və kreditləşmənin tempinin yavaşlamasına baxmayaraq, bank sektorunun ümumi maliyyə göstəricilərinin sabit qalacağı gözlənilir. Artımın əsasən qeyri-neft sektorundan qaynaqlanacağı, bankların mənfəətliliyinin isə hələ də kifayət qədər yüksək olaraq qalacağı vurğulanır. Bu mənfəətlilik kredit risklərində ola biləcək dalğalanmalara qarşı sektora əlavə dayanıqlıq verir.

2021–2024-cü illərdə orta hesabla 18% artan kredit portfeli 2026-cı ildə birrəqəmli yüksək templə genişlənəcək. Yavaşlamanın əsas səbəbləri kimi pərakəndə kreditləşmədə imkanların məhdudlaşması, əhalinin borclanmasının artması və bu sahədə tənzimləmələrin sərtləşdirilməsi göstərilir.

Hesabatda bildirilir ki, problemli kreditlərin (Stage 3) payı 2026-cı ildə təxminən 4,5%-ə yüksələ bilər. Bu artım istehlak kreditlərində genişlənmə və portfelin “yetkinləşməsi” ilə əlaqələndirilir. Bununla belə, bankların sağlam mənfəətliliyi və zərərləri qarşılamaq qabiliyyəti aktiv keyfiyyətindəki mümkün pisləşməni idarəolunan səviyyədə saxlayacaq.

Related posts

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı üç dəfə azalıb

Azərbaycanda dövlət qurumlarını təqlid edən saxta domenlərin sayı artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı